Xəzər Xəbər

Qubada quldurluq edən dəstə saxlanıldı

Hadisə | 17:43 • 20 May 2019
Qubada quldurluq edən dəstə saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ülvi Əmirov Bakı şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Ülvi Əmirov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq aprelin 1-də gecə saatlarında Quba rayonunun 1-ci Nügədi kənd sakini Hamlet İbrahimovun yaşadığı evə daxil olublar. Zərərçəkənin əllərini və ağzını yapışqanlı lentlə bağlayan cinayətkar dəstə onu döyüb müxtəlif bədən xəsarətləri yetirməklə həmin evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçirib.

Cinayətkar dəstənin 3 üzvü Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov və Məhəmməd Tağıyev quldurluq hadisəsinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar. Həmin hadisədə iştirak edən Bakı şəhər sakini Əmrahov Mustafa Mehman oğlunun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Ü.Əmirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.3 (quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181

Xəbər lenti