Xəzər Xəbər

Göyçayda yağış taxıl sahələrinə ciddi ziyan vurdu

Hadisə | 14:07 • 20 May 2019
Göyçayda yağış taxıl sahələrinə ciddi ziyan vurdu

Göyçay rayonunda ötən gecə müşahidə edilən hava şəraiti rayon təsərrüfatına ciddi ziyan vurub.

Bu barədə XəzərXəbər-ə Göyçay Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev məlumat verib.

Onun sözlərinə görə, ötən gecədən rayonun 90 faiz kəndlərində elektrik enerjisinin verilişi kəsilib: "Güclü külək elektrik xətlərinə ziyan vurub. Hazırda problem aradan qaldırılır. Həmçinin telekommunikasiya xətlərinə də ziyan dəyib, bu istiqamətdə də iş aparılır. Təbii qaz və suyun verilişində problem yaranmayıb”.

İ.Vəliyev bildirib ki, ən çox ziyan kənd təsərrüfatına dəyib: "Güclü yağış taxıl və tərəvəz məhsullarına sahələrinə də ziyan vurub. Hazırda dəymiş ziyan araşdırılır”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti