Xəzər Xəbər

Bakıda ailə üzvlərini bıçaqlayıb, 1 nəfəri qətlə yetirən şəxs tutulub

Hadisə | 12:08 • 20 May 2019
Bakıda ailə üzvlərini bıçaqlayıb, 1 nəfəri qətlə yetirən şəxs tutulub

Paytaxtın Xəzər rayonunda qətl törədilib.


Mayın 19-dan 20-nə keçən gecə Binə südçülük sovxozunda 1974-cü il təvəllüdlü Zaur Rzayev ailə münaqişəsi zamanı, qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, kirayədə qaldığı evin sahibi Qəmər Nadıyevanı və həmin vaxt mənzildə olan, 1982-ci il təvəllüdlü Əliyev Vasif Fərzəli oğlunu bıçaqlayıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan Vasif Əliyevin həyatını xilas etmək mümkün olmayıb.


Hadisəni törədib qaçan Z.Rzayev Xəzər rayon hüquq-mühfizə orqanları tərəfindən saxlanılıb.


Faktla bağlı araşdırma aparılır. (ONA)

Xəbər lenti