Xəzər Xəbər

40 mindən çox insanı aldadıb pullarını mənimsədilər

Hadisə | 11:42 • 17 May 2019
40 mindən çox insanı aldadıb pullarını mənimsədilər

İnternetdə 40 min nəfəri aldadan kiber cinayətkar qrupun lideri Gürcüstanda tutulub.

Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda qrupun istifadə etdiyi proqram vasitəsilə 100 milyon dollar ələ keçirdiyi bildirilir.

Açıqlamada bildirilir ki, qrupa qarşı araşdırma üçün son iki ildir Gürcüstan, Almaniya, ABŞ, Ukrayna və Moldova birlikdə işləyir.

Gürcüstanda qrupun kod adı "None” olan lideri A.K. və kod adı "Phantom” olan köməkçisi M.K. ələ keçirilib. Onlar Tiflis şəhər məhkəməsinin qərarı ilə həbs ediliblər.

Qrupun 40 min kompüterə "GozNym” adlı proqramla kiber hücum təşkil etdiyi bildirilir. Hücuma məruz qalanlar arasında hüquq firmaları, beynəlxalq şirkətlər və qurumlar var. Təşkilatın 5 üzvünün hələ də axtarışda olduğu bildirilir./publika.az

Xəbər lenti