Xəzər Xəbər

Bakıda inanılmaz hadisə 40 min manatlıq qadın ayaqqabısını...

Hadisə | 12:30 • 15 May 2019
Bakıda inanılmaz hadisə

Bakıda 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyindən məlumat daxil olub.

Bildirilib ki, mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40 min manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənovmüəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti