Xəzər Xəbər

İsmayıllıda “Çöpçü Rauf” narkotik “çöpləri” ilə tutulub

Hadisə | 12:17 • 15 May 2019
İsmayıllıda “Çöpçü Rauf” narkotik “çöpləri” ilə tutulub

İsmayıllı rayonunda aqrotexniki qaydada qulluq etməklə çətənə bitkisi yetişdirən şəxslər tutulub.

XəzərXəbər DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbulaq kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 327 ədəd çətənə kolu aşkar ediblər.

Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxslərin İsmayıllı şəhər sakinləri Rauf Süleymanlı və Süleyman Mahmudlu olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

"Çöpçü Rauf” ləqəbi ilə tanınan R.Süleymanlıya şəxsi axtarış keçirilən zaman üzərindən sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər lenti