Xəzər Xəbər

Kürdəmirdə AĞIR QƏZA - Ölən var

Hadisə | 11:23 • 12 May 2019
Kürdəmirdə AĞIR QƏZA - Ölən var

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ağsu-Kurdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Jiquli" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci maşının sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti