Xəzər Xəbər

Azərbaycanda futbolçu dəhşətli qəzada öldü

Hadisə | 10:57 • 12 May 2019
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü

Mayın 8-də Ucar rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən gənc oğlanla bağlı bəzi məqamlar üzə çıxıb.

XəzərXəbər xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində "QAZ-66" markalı kranla "Ford Transit" markalı yük maşınının toqquşması nəticəsində dünyasını dəyişən Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov futbolçu olub. Həm də ticarətlə məşğul olan Ceyhun futbolçu kimi müxtəlif yarışlarda iştirak edib.

Bir müddət əvvəl Məşhəd ziyarətində olmuş 30 yaşlı Ceyhun Haşımov doğulduğu Maştağa qəsəbəsində dəvn edilib.

Qeyd edək ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi "QAZ-66" markalı avtomobil toqquşub. Nəticədə "Ford" markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbə sakini Ceyhun Haşımov hadisə yerində keçinib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar