Xəzər Xəbər

Bakıda yük maşını qəza törədib, tıxac var

Hadisə | 09:39 • 11 May 2019
Bakıda yük maşını qəza törədib, tıxac var

Səhər saatlarında paytaxtda qol-nəqliyyat hadisəsi baş verib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) xezerxeber.az-a verilən məlumata görə, Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov küçəsinin kəsişməsində iri tonajlı yük avtomobili qəza törədib. Bu səbəbdən hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Həmin istiqamətdə hərəkətdə olan sürücülərin bunu nəzərə almaları xahiş olunur.

Xəbər lenti