Xəzər Xəbər

Biləsuvar sakini qətlə yetirildi TƏFƏRRÜAT

Hadisə | 14:49 • 10 May 2019
Biləsuvar sakini qətlə yetirildi

Biləsuvar rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, hadisə ötən gün gecə saatlarında rayonun Səmədabad kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 1990-cu il təvəllüdlü Rafiq Mehdiyev və 1992-ci il təvəllüdlü Elton Məmmədov şəxsi münasibətlər zəminində sonuncunun atasına məxsus kafedə mübahisə ediblər. Daha sonra mübahisə tərəflər arasında davaya çevrilib. Nəticədə R.Mehdiyev E.Məmmədovu kafenin qarşısında sinəsinə 2 bıçaqlayaraq qətlə yetirib. Çoxsaylı bıçaq yaraları alan E.Məmmədov hadisə yerindəcə keçinib.

Hüquq- mühafizə orqanları tərəfindən aparılan tədbirlərlə R.Mehdiyev saxlanılıb.

Saxlanılan şəxs istintaq ilkin ifadəsində bıçağı mərhumu qorxutmaq məqsədi ilə çıxardığını E.Məmmədovun isə "vurmayanı ..." deyərək onu ağır ifadələrlə təhqir etdiyinə görə qətlə yetirdiyini bildirib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti