Xəzər Xəbər

Bakıda baş verən qətllə bağlı RƏSMİ AÇIQLAMA

Hadisə | 12:52 • 10 May 2019
Bakıda baş verən qətllə bağlı

Daxili İşlər Nazirliyi mayın 9-da saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 54-cü (intizam xarakterli hərbi hissədə saxlama), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə görə məhkum olunmuş H.Tağıyev münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunmuş E.Səfərova bıçaqla xəsarət yetirməsi və E.Səfərovun hadisə yerində ölməsi barədə 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtrış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən H.Tağıyev tutulub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti