Ötən gün Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.
Bakıxanov küçəsində, Rusiyanın Bakıdakı səfirliyinin qarşısında "KİA” və "Hyundai” markalı avtomobillər toqquşub.
Hadisəyə yol ayrıcının keçilmə qaydasının pozulması səbəb olub.