Xəzər Xəbər

Bakıda pansionatdan oğurluq olub

Hadisə | 11:32 • 8 May 2019
Bakıda pansionatdan oğurluq olub

Paytaxtın Xəzər rayonunda yerləşən müalicə pansionatdan oğurluq olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olub.


Müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunan Vahab Əliyev saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti