Xəzər Xəbər

Rüsvay edəcəyi ilə hədələdi, 1500 manat istədi – AZƏRBAYCANDA

Hadisə | 15:13 • 7 May 2019
Rüsvay edəcəyi ilə hədələdi,

Bərdədə şantajla məşğul olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.

Müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar