Xəzər Xəbər

Tərtər sakinini şantaj edən şəxs tutulub

Hadisə | 11:54 • 7 May 2019
Tərtər sakinini şantaj edən şəxs tutulub

Bərdə rayonunda hədələməklə pul tələb edən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.


Müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti