Xəzər Xəbər

Bakıda avtomobildən oğurluq edən keçmiş məhkumlar yaxalanıblar - FOTO

Hadisə | 11:32 • 7 May 2019
Bakıda avtomobildən oğurluq edən keçmiş məhkumlar yaxalanıblar -

Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, zərərçəkən polislə müraciət edərək hadisə zamanı maşından ümumi dəyəri 3500 manat olan 4 ədəd gödəkçəsinin oğurlandığını bildirib.


Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş – Hacıqabul rayon sakini Şamil Əliyev və Qubadlı rayonunda qeydiyyatda olan Amil Həsənov Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Onlar ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.


Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Qeyd edək ki, oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti