Xəzər Xəbər

Bakıda sərnişin avtobusu piyadanı vurub

Hadisə | 10:29 • 7 May 2019
Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakının Nizami rayonunda 1 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.


Hadisə Qara Qarayev prospektində, 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.


49 saylı xətt marşrutu üzrə hərəkət edən avtobus yolu keçmək istəyən piyada - 1963-cü il təvəllüdlü Əhmədova Nisə Adil qızını vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.


Faktla bağlı araşdırma aparılır. (ONA)

Xəbər lenti