Xəzər Xəbər

Sumqayıtda gözətçi iş başında dünyasını dəyişib

Hadisə | 09:08 • 7 May 2019
Sumqayıtda gözətçi iş başında dünyasını dəyişib

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.


Hadisə gecə saatlarında şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.


Belə ki, "Love Palace" restoranında gözətçi işləyən 1958-ci il təvəllüdlü Zakir Həmidov iş başında ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır. (ONA)

Xəbər lenti