Xəzər Xəbər

Yeni Ələt-Astara magistralında avtomobil aşıb, 2 nəfər ölüb

Hadisə | 12:00 • 5 May 2019
Yeni Ələt-Astara magistralında avtomobil aşıb, 2 nəfər ölüb

Yeni Ələt-Astara magistralında minik avtomobili aşdı, 2 nəfər ölüb.


Hadisə yeni Ələt-Astara magistralının 90-cı kilometrliyində baş verib.


Cəlilabad sakini, 1972-ci il təvəllüdlü Məmməd Vəkil oğlu Məmmədovun idarəetməni itirməsi nəticəsində "Hyundai” markalı minik avtomobili aşıb. Qəza zamanı sürücü ilə birgə sərnişin də yerindəcə keçinib. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan Rayon Şöbəsinə gətirilib.


Hazırda sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.


Faktla bağlı araşdırma aparılır. (ONA)

Xəbər lenti