Xəzər Xəbər

Bakıda 3 yaşlı uşaq faciəvi şəkildə öldü Valideyn SƏHLƏNKARLIĞI

Hadisə | 16:23 • 4 May 2019
Bakıda 3 yaşlı uşaq faciəvi şəkildə öldü
Mayın 3-də Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, üç yaşlı Bayramov Tağı Nəbi oğlu İbrahim Dadaşov küçəsi, ev 50 ünvanında yerləşən yaşayış binasının səkkizinci mərtəbəsindən yıxılaraq ölüb.

Uşağın valideynlərinin səhlənkarlığı nəticəsində həlak olduğu güman edilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti