Xəzər Xəbər

Ucarda DƏHŞƏTLİ cinayət — Ata öldürüldü, oğul yaralandı

Hadisə | 15:07 • 4 May 2019
Ucarda DƏHŞƏTLİ cinayət

Cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinən İsayev Nurlan Sahib oğlu məhkəməyə apellyasiya şikayəti verib.

XəzərXəbər xəbər verir ki, təqsirləndirilən Nurlan İsayevin şikayətinə may ayının 30-da Şəki Apellyasiya məhkəməsində hakim Vəzirxan Məlikovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.

Xatırladaq ki, 2018-ci il yanvar ayının 19-da Ucarda ata və oğlu Tehran və Samir Zahidovların bıçaqlanması və atanın ölümü ilə nəticələnən qanlı hadisə baş verib. Ağır cinayət Zahidovlar ailəsinin yaşadığı evin yaxınlığında törədilib.

Hadisə Nurlan İsayev və Samir Tehran oğlu Zahidov arasında minik avtomobili ilə bağlı baş vermiş münaqişə zəminində baş verib.

Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Tehran Salman oğlu Zahidov və onun oğlu, 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etək mümkün olub./Ölkə.Az

Xəbər lenti