Xəzər Xəbər

Nərimanov rayonunda avtomobil qaçıran şəxs yaxalanıb

Hadisə | 14:29 • 30 Aprel 2019
Nərimanov rayonunda avtomobil qaçıran şəxs yaxalanıb

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Musayev aprelin 28-də saat 3 radələrində evinin qarşısından "Saipa” markalı avtomobilinin qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə avtomobil M.K.Atatürk prospektindəki evlərin birinin qarşısında tapılıb.


Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xəlilov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti