Xəzər Xəbər

“Alanyaspor”un hücumçusu yol qəzasında həlak olub

Hadisə | 16:54 • 29 Aprel 2019
“Alanyaspor”un hücumçusu yol qəzasında həlak olub

İçərisində Türkiyənin "Alanyaspor” futbol klubunun üzvlərinin olduğu mikroavtobusun aşması nəticəsində xəsarət alan idmançılardan çexiyalı Yozef Sural ölüb.


Hadisə Türkiyə Superliqasının 30-cu turunda "Kayserispor” ilə səfər qarşılaşmasından sonra Alanyaya qayıdan idmançıların olduğu mikroavtobusun aşması nəticəsində baş verib. Qəza zamanı mikroavtobusda futbolçulardan Steven Caulker, Dyama Kampos, Bayano, Papis Sisse, Velinton və İsaak Sakey də olublar. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər Y.Suralın həyatını xilas edə bilməyiblər.


"Alanyaspor” klubunun prezidenti Həsən Çavuşoğlunun verdiyi məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.


Faktla bağlı araşdırmalar aparılır. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti