Xəzər Xəbər

Göygöldə dəhşətli qəza: ölənlərin sayı 8 nəfərə çatıb

Hadisə | 14:09 • 29 Aprel 2019
Göygöldə dəhşətli qəza:

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı nəfərə çatıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir.


*** 12:47

Göygöl rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minikavtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üçnəfər hadisə yerində ölüb,bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzadaxəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti