Xəzər Xəbər

Sahibsiz itlərin basqını davam edir, 1 rayonda 3 nəfər xəstəxanalıq olub

Hadisə | 14:13 • 29 Aprel 2019
Sahibsiz itlərin basqını davam edir,

İt dişləmiş şəxslərə tibbi yardım göstərilib

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına it dişləməsinə görə 3 müraciət daxil olub. Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1989-cu il təvəllüdlü Əfqan İsmayıl oğlu Həsənovu, 1945-ci il təvəllüdlü Məhəmməd Abdulsalam oğlu Liliyevi və 2006-cı il təvəllüdlü Akif Natiq oğlu Musayevi it dişləyib.

Həmin şəxslərə tibbi yardım göstərilib, lazım olan zərdab vurulduqdan sonra onlar evə buraxılıb.

Xəbər lenti