Xəzər Xəbər

DİN Bakıda bağ evində törədilmiş qətllə bağlı məlumat yaydı

Hadisə | 13:42 • 29 Aprel 2019
DİN Bakıda bağ evində törədilmiş qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Xəzər rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə isitnadən xəbər verir ki, aprelin 28-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində Bakı şəhər sakini, əvvəllər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluğa görə məhkum olunmuş R.İlyasov münaqişə zəminində tanışı, paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sergey Musayevə kəsici alətlə xəsarət yetirib hadisə yerini tərk edib. S.Musayev aldığı xəsarətlərdən ölüb.

Xəzər Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti