Xəzər Xəbər

Üzünü it parçalayan uşağın SON VƏZİYYƏTİ - FOTOLAR

Hadisə | 12:22 • 29 Aprel 2019
Üzünü it parçalayan uşağın

Üzünü it parçalayan Hüseyn Məmişovun vəziyyəti normaldır. Yaralar sağalıb, tikişlər sökülüb.

XəzərXəbər trend.az-a istinadən xəbər verir ki, bu barədə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, müalicə bitsə də, uşağın valideynləri onu xəstəxanadan çıxarmağa ehtiyat edirlər:

"Hələki quduzluğun heç bir əlaməti yoxdur. Vaxtında vaksinasiya aparılır. Hər şey normaldır. Əgər quduzduğun əlaməti olsaydı, uşaq infeksion xəstəxanaya köçürülərdi. O, evə getməlidir. Lakin evə apamaqda valideynlər tərəddüd edirlər, çünki evdə məktəbə gedən digər uşaqlar var. Hazırda uşaqla bağlı heç bir müalicə getmir. Ancaq üç gündən bir vaksinasiya olunur”.

Xatırladaq ki, aprelin 16-da Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Kliniki Tibbi Mərkəzə aparılıb.

1

1

1

1

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti