Xəzər Xəbər

Bakıda restoranda faciəvi hadisə - ÖLƏN VAR

Hadisə | 11:33 • 29 Aprel 2019
Bakıda restoranda faciəvi hadisə - ÖLƏN VAR

Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən restoranda ölüm hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, "Qala" restoranında musiqi sistemi üzrə mütəxəssis – səs operatoru işləyən 55 yaşlı İlqar Novruzov qəfil vəfat edib.

Gecə saatlarında halı pisləşən musiqiçi yıxılıb. Təcili tibbi yardım briqadası restorana yetişsə də, onun artıq keçindiyi məlum olub.

İlkin müayinə zamanı İ.Novruzovun infarktdan keçindiyi dəqiqləşib.

Xəbər lenti