Xəzər Xəbər

Bakı sakinini tüfənglə hədələyən şəxs saxlanılıb

Hadisə | 11:49 • 26 Aprel 2019
Bakı sakinini tüfənglə hədələyən şəxs saxlanılıb

Bakı sakinini tüfənglə hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal ora yaxınlaşıblar.

Bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.

Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti