Xəzər Xəbər

Sumqayıtda yataqxanada yanğın olub

Hadisə | 08:55 • 26 Aprel 2019
Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yaşayış olmayan yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti