Xəzər Xəbər

Azərbaycanda bağça müdiri dəm qazından boğularaq ölüb

Hadisə | 11:01 • 24 Aprel 2019
Azərbaycanda bağça müdiri dəm qazından boğularaq ölüb

Ağcabədi sakini dəm qazından boğulub.


ONA-nın məlumatına görə, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Sevil Saleh qızı Məmmədova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.


Faktla bağlı Ağcabədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, dəm qazından boğularaq ölən S.Məmmədova Kəbirli kənd uşaq bağçasının müdiri olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti