Xəzər Xəbər

Heydər Əliyev Fondu Hüseynə baş çəkdi

Hadisə | 18:14 • 22 Aprel 2019
Heydər Əliyev Fondu Hüseynə baş çəkdi

Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə olaraq, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna baş çəkiblər.

Xəsarət alan uşağın bundan sonrakı müalicəsində, eyni zamanda üz nahiyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda RİİB tərəfdən dəstək göstəriləcəyi bildirilib.

Xatırladaq ki, küçədə itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayandan sonra ölüb. Təcili Xocasən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. (report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti