Xəzər Xəbər

İki ailə arasında dava: Balta ilə... - 5 yaralı var

Hadisə | 14:57 • 22 Aprel 2019
İki ailə arasında dava:
Türkiyənin Bursa şəhərində iki ailə arasında dava düşüb.

Dava zamanı balta, bıçaq və digər kəsici alətlərdən istifadə olunub.

Məlumata görə, 29 yaşlı Sevinc A. əvvəlki evliliyindən olan uşağına həyat yoldaşı və qaynanasının işgəncə vediyini iddia edib evdən çıxmaq istəyib. Ər və arvad arasında başlayan mübahisə qohumların da məsələyə qarışması ilə nəticələnib. Dava zamanı 5 nəfər xəsarət alıb.

Polis hadisəni araşdırır./publika.az

Xəbər lenti