Xəzər Xəbər

Bakıda 17 yaşlı oğlan bıçaqlanıb

Hadisə | 10:45 • 21 Aprel 2019
Bakıda 17 yaşlı oğlan bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.


"Report" xəbər verir ki, 2002-ci il təvəllüdlü Vəliyev Kənan qarın boşluğunun dəlib keçən yarası ilə əvvəlcə Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına, oradan isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.


Xəstəni əməliyyat edən cərrah Sadıqov Səbuhinin bildirdiyinə görə, yeniyetmə xəstəxanaya qarının ön divarında üç ədəd kəsilmiş-deşilmiş yara ilə daxil olub. Yaralardan ikisi xəstənin qarın boşluğuna nüfuz edib.


Hadisənin hansı zəmində törədildiyi məlum deyil.

Xəbər lenti

Çox oxunanlar