Xəzər Xəbər

Futbol azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşdu Xəsarət alanlar var

Hadisə | 10:02 • 20 Aprel 2019
Futbol azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşdu

Türkiyədə "Bursaspor" futbol klubunun azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşub.

Kocelidə baş verən qəzada avtobusdakı 7 sərnişini xəsarət alıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Məlumata görə, azarkşlər Türkiyə liqasının "Kasımpaşa" - "Bursaspor" matçından evə gedirlərmiş./publika.az

Xəbər lenti