Xəzər Xəbər

Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın öldü

Hadisə | 13:26 • 17 Aprel 2019
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın öldü

Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.


XəzərXəbər ONA-ya istinadən xəbər verir ki, Ağcabədi rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədova Vüsalə Tohid qızı 25 gün əvvəl öz razılığı ilə İmişli rayonu Əliqulular kənd sakininə qoşularaq qaçıb. Bu gün V.Məmmədovanın səhhəti qəfildən pisləşib və o təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Müayinə olunan meyitdə travmatik xəsarətlər aşkar edilməyib.


İlkin məlumata görə, ölümə səbəb qadında yaranmış tənəffüs çatışmazlığı olub.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti