Xəzər Xəbər

Bu gün Şamaxı və İsmayıllıda zəlzələ olub - RƏSMİ

Hadisə | 11:36 • 16 Aprel 2019
Bu gün Şamaxı və İsmayıllıda zəlzələ olub - RƏSMİ

"Şamaxı, İsmayıllı və Ağsu zonasında afterşoklar hələ də davam edir. Zəlzələ ocağının tam sönməsi hələ ki, mümkün deyil. Hazırda orada 0,5, 0,7, 1,2 bal gücündə zəlzələlər qeydə alınır. Bu gün də Pirqulu stansiyası yaxınlığında bir neçə yeraltı təkanlar qeydə alınıb”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, həmin zonada fevralın 5-dən bu günə qədər 1000-dən çox afterşoklar qeydə alınıb: "Amma zona üçün heç bir təhlükə gözlənilmir. Hazırda Azərbaycanda zəif təkanlar müşahidə olunur. Onların çoxu hiss olunmayanlardır. Amma aprelin 14-ü gecə saatlarında Lənkəranda baş verən zəlzələ 3 bala kimi hiss olunub. Bu cür təkanlar heç bir dağıntı əmələ gətirən deyil. Sadəcə olaraq, ölkə Prezidentinin humanistliyindən istifadə edənlər arasında tövləsində çatlar əmələ gələnlər də bunun zəlzələ nəticəsində baş verdiyini iddia edir. Bu, artıq bir dəbə düşüb. Axı 3 bala kimi hiss olunan zəlzələ heç bir çat əmələ gətirə bilməz. Buna baxmayaraq Lerikdə kənd sakini evinin uçduğunu iddia edib”.

Q.Yetirmişlinin sözlərinə görə, Azərbaycanda gün ərzində 5-7 təkanlar baş verir: "Ölkə ərazisində il ərzində 4000-ə qədər zəlzələ olur. Bunların içərisində hiss olunanı da, olunmayanı da və dağıdıcı olanları da var”.(report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti