Xəzər Xəbər

Rus məktəbində bomba həyəcanı: 600 nəfər təxliyə olundu

Hadisə | 14:57 • 15 Aprel 2019
Rus məktəbində bomba həyəcanı:

Rusiyanın Yekaterinburq şəhərində yerləşən orta məktəbdə bomba həyəcanı yaşanıb.

Məktəbə anonim telefon zəngi gəlib və binada bomba yerləşdirilməsi ilə bağlı xəbərdarlıq olunub.

Bundan sonra məktəbin 32 müəllim və 568 şagirddən ibarət heyəti təxliyə edilib.

Aparılan axtarışlar nəticə verməyib və xəbərdarlığın əsassız olduğu ortaya çıxıb./publika.az

Xəbər lenti