Xəzər Xəbər

Qaynı arvadını başqa kişi ilə gördü və... İmişlidəki dəhşətli qətlin təfərrüatı

Hadisə | 12:20 • 15 Aprel 2019
Qaynı arvadını başqa kişi ilə gördü və...

İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.


XəzərXəbər ONA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmkəndliləri - 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus "Mercedes-BENZ" markalı, "99 CF 146" dövlət nömrə nişanlı avtomobillə İmişli şəhərinə gəlib.


O. Seyidovun məqsədi S. Vurğun küçəsi, ev 8 ünvanında yaşayan 2018-ci ilin noyabr ayında tanış olduğu 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşmək olub.


Bunun üçün H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin həyat yoldaşı Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlədiyi mağazaya nəzarət etmələrini xahiş edib. Daha sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olub. Bu zaman V. Məmmədova onları görüb.


Qeyd edək ki, A. Məmmədova V. Məmmədovanın qaynının həyat yoldaşı olub. Vahidə mobil telefonla Ayşənin əri E. Məmmədova zəng edərək həyat yoldaşının xəyanəti barədə məlumat vermək istəyib.

Bunu görən O. Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə Ayşənin həyətdən gətirdiyi taxta parçası ilə Vahidənin boyun və baş nahiyələrinə zərbələr endirib. Həmin zərbələrdən ölmədiyini gördükdə isə O. Seyidov əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib.

Sonra isə meyiti A. Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub. Daha sonra da yoldaşları H. Cəlalzadə və A. Surxayzadəyə zəng edərək avtomobili həmin evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib. O. Seyidov yoldaşları ilə meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər.


Meyit Araz çayının üzərindəki körpüdən çaya atılıb.


İmişli rayon Polis Şöbəsinin əməkdaşları O. Seyidov, H. Cəlalzadə, A. Surxayzadə və A. Məmmədovanı saxlayıb.


Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.

Xəbər lenti