Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Hadisə | 12:11 • 13 Aprel 2019
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü "isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Xəbər lenti