Xəzər Xəbər

Bakıda DƏHŞƏT – İki qardaş eyni gündə öldü - TƏFƏRRÜAT

Hadisə | 16:19 • 12 Aprel 2019
Bakıda DƏHŞƏT

Dünən Bakı şəhər Xətai rayonu Babək prospektində yerləşən mənzildə meyiti tapılan 1979-cu il təvəllüdlü Yuriy Məhərrəmov və qardaşı, 1975-ci ildə anadan olmuş Aleksandr Məhərrəmovun yüksək dozalı narkotikdən öldüyü məlum olub.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı hər iki şəxsin yeni əldə etdiyi maye formalı yüksək dozalı narkotiki qəbul etməsi nəticəsində vəfat etdiyi dəqiqləşib.

İki qardaşı intihar məqsədi ilə qəsdən yüksək dozada narkotik qəbul etməsi və ya ehtiyatsızlıq səbəbindən ölməsi hələlik tam dəqiqləşməyib.

Bildirilir ki, dünən gecə iki qardaşın olduğu otağa daxil olan onların bacısı oğlu hər iki şəxsin öldüyünü görərək anasına xəbər verib. Qadın təcili tibbi yardıma müraciət etsə də, artıq gec olub.

Ölən şəxslərin yanından şpris tapılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, ölüm səbəbinin dəqiqləşməsi üçün ekspertiza təyin edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar