Xəzər Xəbər

Bakıda insident – Qaçırdığı avtomobillə gecə saat 5-də…

Hadisə | 14:31 • 12 Aprel 2019
Bakıda insident

Bakıda avtomobil qaçırmış şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 9-da saat 2 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsindən Bakı şəhər sakini A.Qəhrəmanovun "Mercedes” markalı avtomobili qaçırılıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Zərdab rayon sakini M.Bəkirli tərəfindən qaçırılması və həmin gün saat 5 radələrində Q.Qarayev prospektində idarə edilərkən Bakı şəhər sakini G.Ağazadənin idarə etdiyi "Hyundai” markalı avtomobillə toqquşması müəyyən edilib.

G.Ağazadəyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

M.Bəkirli 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti