Xəzər Xəbər

Bakıda evdən 9 min manatlıq qızıl oğurlanıb

Hadisə | 13:32 • 12 Aprel 2019
Bakıda evdən 9 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 9 min manatlıq qızıl oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.

Xəbər lenti