Xəzər Xəbər

Quba-Xınalıq yolunda sürüşmə - Əraziyə yaxınlaşmaq mümkün deyil

Hadisə | 18:06 • 11 Aprel 2019
Quba-Xınalıq yolunda sürüşmə - Əraziyə yaxınlaşmaq mümkün deyil

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.

Xəbər lenti