Xəzər Xəbər

Bakıda bank YANDI, 5 nəfər zəhərləndi

Hadisə | 17:31 • 11 Aprel 2019
Bakıda bank YANDI, 5 nəfər zəhərləndi

"Accessbank”da yanğın baş verib.

Hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. (report)

Xəbər lenti