Xəzər Xəbər

Bakıda ana və qızının eyni gündə ölümünün DƏHŞƏTLİ SƏBƏBİ - TƏFƏRRÜAT

Hadisə | 14:16 • 11 Aprel 2019
Bakıda ana və qızının eyni gündə ölümünün

Martın 28-də Bakı şəhər Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində ana və qızının eyni gündə intihar etməsi hadisəsinin dəhşətli təfərrüatları üzə çıxıb.

XəzərXəbər xəbər verir ki, ilkin araşdırmalar zamanı meyiti tapılan şəxslərdən ilk olaraq 24 yaşlı Qasımova Fatimə Daşqın qızının intihar etdiyi üzə çıxıb. Qızının özünü asdığını görən 40 yaşlı Qasımova Aidə Ələkbər qızı ona kömək etməyə çalışıb, lakin artıq gec olub. O, övladının asılı vəziyyətdə olan meyitini kəndiri kəsərək yerə endirib və üzü qibləyə çevirərək dua oxuyub. Daha sonra qadın həmin yerdə özünü asaraq həyatına son qoyub.

Bildirilir ki, ana və qızı həmin evdə kirayə yaşayırmış. Fatimə Qasımova nikahı uğursuz olduğundan rayonda yaşaya bilməyəcəyini deyib və anası ilə birgə Bakıya köçüb. Burada onlar kirayə ev tutaraq yaşamağa başlayıblar. Daha sonra isə gənc qadın tanışı tərəfindən şantaj edilməyə başlayıb. Qız ondan hədə-qorxu yolu ilə pul tələb edən şəxsə bir neçə dəfə pul versə də, sonradan artan tələbləri qarşılaya bilməyəcəyini deyib. 24 yaşlı qadın yekunda özünü öldürmək qərarına gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti