Xəzər Xəbər

Bakıda polis “BMW”ni saxladı – 1 kilo tiryək tapıldı

Hadisə | 14:02 • 11 Aprel 2019
Bakıda polis “BMW”ni saxladı

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş F.Xudiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 55 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

F.Xudiyevin idarə etdiyi "BMW” markalı avtomobildən isə əlavə olaraq 1 kiloqramdan çox tiryək aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti