Xəzər Xəbər

Oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar

Hadisə | 14:32 • 8 Aprel 2019
Oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar

Oğurluğa cəhd edən şəxslər polis əməkdaşlarının sayıqlığı sayəsində cinayət başında yaxalanıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 relsi oğurlamağa cəhd göstərən üç nəfər Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə Xətt Polis Bölməsinə təhvil veriliblər.


Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti