Xəzər Xəbər

Avtobusda cibgirlik edən şəxs saxlanılıb

Hadisə | 12:59 • 8 Aprel 2019
Avtobusda cibgirlik edən şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Yevlax rayon sakini E.Qasımov avtobusda olarkən cibindən pulunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Bəşirov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti