Xəzər Xəbər

Evlərdən 20 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Hadisə | 11:18 • 8 Aprel 2019
Evlərdən 20 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Acabədidə evlərdən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, bir qrup Ağcabədi rayon sakini müxtəlif vaxtlarda Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən qızıl-zinət əşyalarının və pulun oğurlandığı barədə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakini Elnur Talıbov saxlanılıb. Onun ümumilikdə 20900 manat dəyərində qızıl-zinət əşyaları və 600 ABŞ dolları oğurladığı müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti